QMİ-dən Qurban bayramı ilə bağlı açıqlamalar













Hansı heyvanlar kəsilə bilməz?

Artıq bir həftədən sonra Qurban bayramı qeyd ediləcək. Bu il müqəddəs bayram avqustun 22 və 23-nə təsadüf edib. Həmin günlər qanunvericiliyə əsasən, iş günü hesab olunmur.

Beləliklə, qeyd olunan tarixlərdə bütün dünya, o cümlədən Azərbaycan müsəlmanları Qurban bayramını keçirib, qurban kəsib ehtiyacı olan insanlara, qohum və yaxınlara paylayacaq, uzaqda yaşayan qohumlara baş çəkəcək, yaxınlarının qəbirlərini ziyarət edəcək.

Qurban bayramının anlamı nədir?

Qurban bayramı Hz. İbrahim peyğəmbərdən yadigar qalıb. Belə ki, qoca yaşında övlad sahibi olan peyğəmbər oğlunun adını İsmayıl qoyur. İsmayıl gənc yaşında çatdıqda Allah-təala Hz. İbrahimə vəhy göndərərək onun son sınağını elan edir – İsmayıl Allah yolunda qurban kəsilməlidir. Şeytan İbrahimin ata hissləri ilə oynayaraq bu əmrdən imtina etməyə, İsmayılı can sevgisi ilə şirnikləndirərək atasından onu qurban kəsməməyi tələb etməyə, İsmayılın anası Hacəri də oğlunu İbrahimlə buraxmamağa çağırır. Lakin çox böyük dəyərlər – həyat və övlad məhəbbəti ilə Allah əmri arasında seçim zorunda qalan bu üç nəfərin heç biri ona tabe olmur və hamısı Allahın əmrinə boyun əyir. Sınaq Hz. İbrahim bıçağı İsmayılın boğazına dayayıb kəsmək üçün çəkənədək davam edir. Yalnız bundan sonra Allah-təala bu əmrin yalnız sınaq olduğunu bildirərək, İsmayılın əvəzinə qoç kəsməyi tapşırır. Bundan sonra Allah-təala bu günü ilin digər günləri içindən seçərək iki böyük bayramından biri elan etmiş, İbrahimin bu qurbanının xatirəsini yaşatmağı və lazım gəlsə yaşaya bilməyi müsəlmanlara tövsiyə etmişdir.

Qurban kəsmək kimlər üçün vacibdir?

Dindarlar qeyd edir ki, Məkkədə qurban kəsmək hacılar üçün vacibdir. Digər yerlədə isə imkanlı şəxslərin qurban kəsməsi tanrı qarşısında bəyənilmiş, müstəcəb əməllərdən hesab olunur.


Hansı heyvanlar kəsilə bilməz?

Qeyd edək ki, qurbanlıq üçün qoyun, inək, öküz, dəvə, keçi seçmək olar. Qaydaya əsasən qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Bir məsələni də unutmaq olmaz ki, keçi və qoyunun bir ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Xəstə, qüsuru olan heyvanların qurban kəsilməsi məqbul sayılmır.

Əsasən kəsilən qurbanlıq üç hissəyə bölünür. Onun bir hissəsi qurban sahibinə, digər hissəsi kasıb, imkansız ailələrə, üçüncü hissəsi isə pay kimi qoyum-əqrəbaya verilir.

Borc pulla kəsilən qurban məqbul sayılırmı?

Dindarlar dəfələrlə qeyd edir ki, borc pulla qurban kəsmək doğru deyil. Əgər qurban kəsməyə imkan olmazsa, bir neçə adam bir yerə cəmləşib bir iribuynuzlu heyvanı alıb, onu qurban kəsə bilər. Bu zaman bölgü aparanda heyvanı birlikdə alan şəxslər bir-birinə halallıq verməlidir. Şərikli kəsilən qurbanın hər şərikə çatan payı da üç hissəyə bölünməlidir.

Artıq küçə və ictimai yerlərdə heyvan kəsilməyəcək

Bundan əvvəl bəzən qurbanlıq heyvanlar ictimai yerlərdə, uşaqların gözü qarşısında kəsilirdi. Bu səbəbdən küçələrdə bəzən antisanitar vəziyyət yaranırdı. Amma artıq heyvanların kəsilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılmış kəsim məntəqələrində həyata keçiriləcək. Qida Təhlükəsizliyi Agentliyi əhaliyə müraciət edərək bildirib ki, heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir.

Agentliyin İnformasiya təminatı şöbəsinin müdiri Mansur Piriyev mətbuata açıqlamasında bildirib ki, küçə və yol kənarlarında sanitar normalara məhəl qoymayan şəxslərlə bağlı məsələyə, burada yerli icra hakimiyyətləri polis orqanları ilə birlikdə bu cür fəaliyyətin qarşısının alınması və təyin olunmuş qurban kəsimi məntəqələrinə yönləndirilməsi həyata keçiriləcəkdir: “”Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının 4-cü bəndinə əsasən küçələrdə, yol kənarlarında heyvan kəsiminin qarşısının alınması və tələblərə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması yerli icra hakimiyyəti orqanlarının öhdəliyinə düşür”.

Qurban kəsilən ət satıla bilərmi?

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dəfələrlə açıqlama yayaraq bildirib ki, qurban kəsilən ətin satılması haramdır.

Onu da əlavə edək ki, bundan əvvəlki illərdə adəti üzrə qurbanlıq heyvanların qiymətində artım müşahidə olunurdu. Məlum məsələdir ki, qurbanlıq heyvanlara tələbatın çox olduğunu görüb bəzi işbazlar qiymətlərdə süni surətdə bahalaşdırırdılar. Halbuki bir çox müsəlman ölkələrində, əksinə, müqəddəs bayram münasibətilə qurbanlıq heyvanların qiyməti ucuzlaşır.

Kənd Təsərrüfatı Nazirliyi bu haqda mətbuata açıqlamasında bildirib ki, artıq Qurban bayramı ilə bağlı satışın həyata keçirilməsi üçün fermerlərə məlumat verilib. Onlar Bakıda qurbanlıq heyvanların satışını həyata keçirmək üçün müvafiq qurumlarla əlaqələndiriləcəklər.

Həmçinin Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

QMİ-dən Qurban bayramı ilə bağlı açıqlamalar

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər