dunya
26.08.2018, 16:00
İranda nazir istefaya göndərildi

İran iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiani istefaya göndərib.
“dogruxeber.tv” İRNA-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün İran parlamentində səsvermə keçirilib.
Səsvermədə iştirak edən 260 deputatdan 121-i Məsud Kərbasianin lehinə, 137-si isə əleyhinə səs verib, iki deputat bitərəf qalıb.
Xatırladaq ki, İranda iqtisadi böhranla əlaqədar hökumətin iqtisadi kabinetində dəyişikliklər edilməsi tələb edilmişdi. Bu istiqamətdə iki həftə öncə Əmək və Sosial Müdafiə naziri də istefaya göndərilmişdi


