ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar qüvvəyə minib

ABŞ-ın Skripal olayı ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.
“dogruxeber.tv” xəbər verir ki, yeni məhdudiyyətlər Birləşmiş Ştatlar tərəfindən Rusiyaya təcili humanitar, qida məhsulları və digər kənd təsərrüfatı məhsulları istisna olmaqla, istənilən yardımı dayandırmağı təklif edir.
Dövlət Departamenti Rusiyanın dövlət şirkətlərinə silah və ikili təyinatlı malların ixracını dayandırır. Bura kosmosda əməkdaşlıq üçün mallar və mülki aviasiya uçuşlarının təhlükəsizliyinin təminatı məsələsi daxil deyil.
Eyni zamanda, istənilən Amerika müəssisəsi tərəfindən Rusiyaya kredit, kredit təminatı və digər maliyyə yardımı qadağan edilir.
Qeyd edək ki, yeni sanksiya paketinin tətbiqi ABŞ-ın Rusiyanı Solsberidə kimyəvi silah işlətməkdə ittiham etməsi ilə bağlıdır.
İkinci daha sərt sanksiyanın noyabrda tətbiq ediləcəyi gözlənilir.


