sou
30.08.2018
“Azərbaycanda bu qədər tanınmağım məni təəccübləndirdi”

Türkiyəli aktrisa Esra Sönmezer Azərbaycanda telekommunikasiya firmalarından birinin reklam siması seçilib.
“dogruxeber.tv” Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa reklam çəkilişləri üçün Bakıda olub. Esra Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirib:
“Təklif gələn kimi fikirləşmədən qəbul etdim. Qardaş ölkədən belə bir təklif almaq məni qürurlandırdı. Çox yaxşı qarşılandım və Azərbaycanda bu qədər tanınmağım məni təəccübləndirdi”.


