POLİSLƏR SAYIQLIĞI İTİRMƏDİLƏR…













Qusar rayonunda sahibkarlıqla məşğul olan Mübariz Verdixanov Daxili İşlər Nazirliyinə göndərdiyi təşəkkür məktubunda özünə məxsus mağazada baş vermiş yanğının söndürülməsində fəallıq göstərən rayon ərazisində xidmət edən Mühafizə Polisinin əməkdaşlarına dərin minnətdarlığını bildirib. Mövzuyla əlaqədar Baş Mühafizə İdarəsinin Quba Regional Şöbəsinin Qusar Bölməsində oldum, öz xidmətləriylə sahibkara dəstək və kömək edən əməkdaşlarla söhbət apardım. Qusar Bölməsinin manqa komandiri baş serjant Rafik Mərdanov və bölmənin əməkdaşları – polis serjantları Muxtar Əhmədov və Rəşid Rəşidov həmin gün baş verən hadisəni belə xatırladılar:

- İyulun 23-ü növbədə idik. Gecə saatlarında bölməyə mağazaların birində yanğın baş verməsi barədə siqnal daxil oldu. Manqa komandiri Rafik Mərdanov dərhal yanğınsöndürmə xidmətinə məlumat verdi, Muxtar Əhmədov və Rəşid Rəşidov isə tez hadisənin baş verdiyi mağazaya getdilər. Saat təxminən 4 olardı və elektrik naqillərinin qısaqapanması nəticəsində mağazada baş verən yanğın getdikcə genişlənir, obyekt içərisində avadanlıqlar və ərzaqlar yanırdı. Həmin vaxt biz əldə olan yanğınsöndürmə balonları ilə alovla mübarizəyə başladıq. Çünki bunu etməsək yangının miqyası böyüyər, qonşu tikililərə də keçə bilərdi. Alovu söndürməyə müvəffəq olduq.

Cəsur polislərimiz sahibkara etdikləri köməyi özlərinə vəzifə borcu hesab edirlər. Onlar bildirirlər ki, Qusar sakinləri bizə güvənirlər və bilirlər ki, hər hansı bir hadisə baş versə polis dərhal bunun qarşısını alacaq.

Baş Mühafizə İdarəsinin Quba Regional Şöbəsinin Qusar Bölməsinin manqa komandiri baş serjant Rafik Mərdanov və bölmənin əməkdaşları – polis serjantları Muxtar Əhmədov və Rəşid Rəşidov artıq neçə illərdi ki mühafizə polisində xidmət edirlər. Bölmənin digər əməkdaşları da onlar kimi nümunəvi xidmətləri ilə hər zaman yerli sakinlərin rəğbətini qazanıblar.

Nizam Həmidov

DİN Mətbuat Xidmətinin əməkdaşı


dogruxeber.tv

Oxunub: 883

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər