dunya
31.08.2018, 09:32
ABŞ-da təyyarə hərbi bazaya düşdü - 4 ölü

ABŞ-ın Florida ştatında kiçik mühərrikli mülki təyyarə hərbi bazanın ərazisinə düşüb.
"dogruxeber.tv" “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə göyərtədəki 4 nəfər ölüb. İlkin ehtimal olaraq hadisəyə səbəb kimi güclü yağış göstərilir.
Qeyd edək ki, mülki təyyarə ştatın şimalındakı “Eqlin” hərbi bazasının ərazisinə düşüb.


