Ağsuda dağlıq sahədəki yanğın söndürülüb - Yenilənib

Ağsu rayonunda meşə yaxınlığında yanğın başlayıb.
dogruxeber.tv Report"a istinadən xəbərinə görə, hadisə rayonun Xatman kəndindəki dağlıq ərazidə başlayıb.
Kol və quru ot sahəsindəki yanğının söndürülməsi üçün əraziyə Ağsu ilə yanaşı, Kürdəmir, Ucar və Şamaxı rayonlarından da yanğınsöndürən biriqada və texnikalar cəlb olunub. Lakin dağlıq ərazinin bəzi hissələrinə texnikaların göndərilməsi mümkün olmayıb. Bu səbəbdən yanğının söndürülməsi üçün daha çox əl əməyindən istifadə olunur.
Hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
Ağsu rayonunda dağlıq ərazidə baş verən yanğın söndürülüb. Alovun əhatə etdiyi ərazi 50 hektar olub.
Yanğın yanğınsöndürənlərin və kənd sakinlərinin köməyilə söndürülüb. Yaxınlıqdakı meşəlik ərazi yanğından mühafizə olunub.


