hadise
3.09.2018, 15:17
Ucarda traktor velosipedçini vurub

Ucarda traktor sürücüsü ölümlə nəticələnən yol qəzası törədib.
“dogruxeber.tv” DİN-ə istinadən xəbər verir ki, avqustun 24-də Ucar rayonunun Lək kəndi ərazisində Qazyan kənd sakini Surxay Rəhimov idarə etdiyi “MTZ” markalı traktorla yolu velosipedlə keçən kənd sakini Cəlal Tağıyevi vurub. Xəstəxanaya yerləşdirilən C.Tağıyev sentyabrın 1-də orada ölüb.


