hadise
26.05.2018, 02:03
Qusarda traktor sürücüsü kanala düşüb

Qusarda traktor sürücüsü Samur-Abşeron kanalına düşüb.
“dogruxeber.tv”in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qusar rayonunun Urva-Palasa kəndində qeydə alınıb.
Qusarın Əcəxur kənd sakini Nəbiyev Dəyanət Didar oğlu idarə etdiyi “T 25” markalı traktorla idarəetməni itirərək Samur-Abşeron kanalına düşüb.
Hazırda həmin şəxsin axtarışları davam etdirilir .
Faktla bağlı araşdırmalar aparılır.


