Bakıda rüşvət alan həkim həbs edildi













Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri kimi təqdim edən bir qrup şəxsin pensiya və ünvanlı sosial yardımların təyin edilməsi ilə bağlı İsmayıllı rayon sakinlərindən qanunsuz olaraq pul almaları barədə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gülarə Bədirova tanışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə təsir etmək imkanına malik olmasına inandırıb, əlillik dərəcəsinin dəyişdirilməsi üçün ondan sentyabrın 3-də C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cinayət əlaqəsinə girdiyi həkim kardioloq Yeganə Osmanovanın xidməti otağında 2500 manat məbləğində pulu birlikdə alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Xidməti otağa baxış zamanı həmin pullar, əlillik dərəcəsi və qrupunun verilməsi üçün zəruri olan sənədlər, o cümlədən epikrizlər, habelə istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

G.Bədirova və Y.Osmanovanın özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla G.Bədirova barəsində məhkəmənin qərarı ilə həbs, Y.Osmanova barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla həmin şəxslər tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər