dunya
5.09.2018, 15:46
Rusiyaya cəsusluq edən 2 kişi Estoniyada həbs edilib

Estoniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən şəxslər həbs ediliblər.
“dogruxeber.tv” xarici KİV-ə istinadən xəbər verir ki, adları açıqlanmayan iki nəfər Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş kəşfiyyat idarəsinə məxfi məlumatların ötürülməsində şübhəli bilinirlər. Onlar Prokurorluğun vəsatəti əsasında Xaryuskiy məhkəməsinin qərarı ilə həbs ediliblər. Dövlətə xəyanətdə ittiham edilən şəxslərin Rusiya tərəfinə dövlət sirlərini və gizli məlumatları ötürdüyü iddia olunur.
Qeyd edilir ki, şübhəli şəxslərdən biri cinayəti törədən zaman Estoniya ordusunda çalışıb.


