“ABŞ dərhal Suriyanı tərk etsin” - Tarixi zirvə başladı













İranın paytaxtı Tehranda Suriya məsələsini müzakirə etmək üçün bir araya gələn Ərdoğan, Ruhani və Putin ortaq mətbuat konfransı keçirir.

“dogruxeber.tv” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ilk olaraq İran dövlət başçısı Həsən Ruhani çıxış edib:

“Suriyadakı savaşın alovlarını söndürmək, bütövlüyünü qorumaq, gələcəyini özü təyin etmə haqqına hörmət etmək üçün ortaq qəlib müəyyənləşdirmək çox önəmli idi. Biz Suriya böhranını həll etmək üçün hərbi seçimin işə yaramadığını vurğulamışdıq”.

“Terrorla mübarizə davam edəcək, biz sülh üçün savaşırıq” deyən Ruhani ABŞ-dan dərhal Suriyanı tərk etməsini istəyib. Vaşinqton hökumətini “işğalçı” adlandıran İran lideri “İlk və son rol Suriya millətinindir. İdlibdəki çatışmalar mülki şəxslərə zərər verməməlidir” deyib.

Ərdoğan çıxışında zirvədə alınacaq qərarların bütün dünya tərəfindən maraqla gözlənildiyini vurğulayıb:

“Bölgə xalqının taleyinin Əsəd rejiminin insafına buraxılmasına izn verə bilmərik. İdlibə ediləcək hücum qətliam, fəlakətlə nəticələnəcək. Türkiyə miqrant qəbul etmək limitini doldurub. Milyonla insan Türkiyə sərhədində dayanacaq. İdlibin qan gölünə dönməsini əsla istəmirik. Fıratın şərqində arzu etmədiyimiz hadisələr yaşanır. ABŞ 20-minə yaxın TIR-ı bölgəyə göndərib. Suriya rejimi də terrorçulara göz yumur”.

Rusiya prezidenti isə bildirib ki, Suriyada qalan terrorçular hazırda İdlibə yerləşiblər. Putin İdlibdə terrorçuların kimyəvi silah da daxil olmaqla müxtəlif təxribatlar hazırladığını qeyd edib.Ötən yanvar ayında Soçidə alınan qərar çərçivəsində Suriyada Konstitusiya Komitəsinin yaradılacağını xatırladan Putin “normallaşmanın təmin edilməsi üçün sosial, iqtisadi və insani durum yaxşılaşdırılmalıdır” deyib.

Qeyd edək ki, Rəcəb Tayyip Ərdoğan zirvə görüşü öncəsi Vladimir Putin və Həsən Ruhani ilə təkbətək görüşüb.

Oxunub: 751

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər