sosial
7.09.2018, 18:03
Gömrük Komitəsindən jurnalistlərə müraciət

Sentyabrın 12-də saat 10:00-da Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda mətbuat konfransı keçiriləcək.
Komitədən mətbuat konfransında iştirak etmək istəyən kütləvi informasiya vasitələrinin nümayəndələrindən sentyabrın 11-i saat 14.00-dək Dövlət Gömrük Komitəsinin rəsmi internet saytında qeydiyyatdan keçmələri xahiş olunur.


