Qeybət üçün axmaq enerji...













Raminə Eyvazqızı

Böyükləri elə hey başa salmağa çalışdıq ki, bu enerji içkilərini içməyin. Etiraz edənə, yenə klassik “istəmirsən içmə” dedilər. İndi uşaqlar bu bəlaya düşüb, mübahisələrində qalibə alınacaq hədiyyə həmin içki olur. Marketlərdə ara -sıra “birini alana, biri hədiyyə”şirnikləndirici reklamları görürük.

Azyaşlı qız uşaqları dadanıb artıq. Yeniyetmələrin hormonları dingildədikcə bir-birinə “ baxaq görək kim ən çox enerji içkisi içir” deyirlər. Bədbəxtin balaları sizin təbii enerjiniz indi-indi yüklənir bədənə, niyə təravətli bədəninizə zülm edirsiniz.

İllərdir, qara qışqırıq qoparırıq, enerji içkisini ölkəyə gətirəni hərtərəfli söyüşə tuturuq nəticə yoxdur. Monopoliyanın yeri, bünövrəsi kök atıb artıq.
Ötən il telekanallardan birində gecə saatında intelektual veriliş tapmışdım, gənclərin sağlamlığından danışılırdı, di gəl ki, ekranda ümumi planda məşhur enerji içkisi studiyanı bəzəmişdi. Aparıcı hər reklam fasiləsində birini açıb içirdi.

İndi də neçə gündür, tv kanallarda enerji içkisi alanlar üçün lotereya keçirilir. Hətta enerjisi təpəsinə vurmuş bir oğlan sinəsinə döyürdü ki, artıq uduşda olan maşını qazanıb. Auditoriyanı əlində oyuncaq edən tv-lərin (istisnalar var) məqsədi insanların cibinə canla-başla girməkdir. Bəs uşaqların beynini niyə qazırsız, onlara bu zibil içkini içmək üçün təzə bəhanəyə ehtiyac yox idi axı. Sırımayın!

Qadın tanıyıram ki, evinə bolluca enerji içkisi alır və uşaqlarına bir işi gördürmək istəyəndə ondan vəd edir.

Bu süni enerji mənbəyinin yarandığı yer haqqında da mübahisələr var. İlk dəfə ABŞ Müdafiə Nazirliyinin hərbiçilər üçün istehsal və istehlak etdiyi deyilir. Yaponiya da deyir ki, psixoloji problemi olan insanlar üçün energetikləri özüm kəşf etmişəm. Kəşflik bir məsələ yoxdur, sadəcə içkidə kofein və taurinin dozası həddini aşıb, bunu içənlər qəfil enerji bombası yaşayırlar və dərmanın təsiri kimi az sonra süni enerji yox olur.

Bu il də abituriyentlərə qohum-əqrəba tərəfindən ən çox hədiyyə alınan enerji içkiləri olub. Nəticədə güya oxumaqdan yorulmamaq üçün bu içkiyə aludə olan nəsil yetişir. Bu nəsil də bir araşdırıb-axtarmır ki, dünyanın bəzi ölkələrində (Norveç, Danimarka, Fransa, ABŞ ştatlarında) bu içkilər qadağa olunub və ya satışı məhdudlaşdırılıb, buna səbəb nələrdir. Səbəb təkdir, energetiklər birbaşa ürəyin düşmənidir!

Bizdə enerji içkisindən istifadə edənlərin çoxunun məqsədi işini, əmək qabiliyyətini yüksəltmək deyil, dilinə güc verməkdir. O içkinin içində nə varsa, hamı bu axmaq enerjidən ya qeybət, ya şər-böhtan, ya da yalan üçün istifadə edir. Xüsusiylə kişilər, məhlənin qadın, kişisi qalmır. Hamının diaqnozunu görmək istədikləri kimi qoyurlar. Veyil-veyil gəzənlərin vaxt itirmək üçün “enerji”ləri bərpa olur. Sükan arxasında olanlar necə cuşa gəlirlərsə, sürətin həddini aşıb yolda hoqqabazlıq edirlər. Şəhərdən rayona gedəndə yol boyu içilib qanacaqsız sürücülər tərəfində maşından təbiətə atılan enerji içkisi qablarını görürük.

Yeni yaranan Qida Təhlükəsizliyi Agentliyindən 18 yaşına çatmayanlara bu içkilərin satılmaması tövsiyəsi gəlir. Quruca sözə qulaq asan varmı ki? Uşaqları siqaret, içki almağa göndərən valideynlər durmuşkən, dərdimizi kimə deməliyik?

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər