sosial
10.09.2018, 12:37
Tovuzda toyda dava düşdü

Tovuzda toyda dava düşüb. "dogruxeber.tv" Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.
Dava zamanı kənd sakini, 1970-ci il təvəllüdlü Rzayev Xanlar Əmiraslan oğlu naməlum şəxslər tərəfindən döyülüb.
Nəticədə X.Rzayevin dişləri və çənəsi sındırılıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.


