dunya
21.09.2018, 09:57
Vyetnam prezidenti vəfat etdi

Vyetnam prezidenti Çan Dey Kuanq dünyasını dəyişib.
“dogruxeber.tv” xarici KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı Kuanq bu səhər müalicə aldığı hərbı hospitalda ölüb. Onun uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Çan Dey Kuanq 2016-ci ildə prezident postuna seçilib.
Aysel Kərimova


