Ona “borzu” deyən müdirini öldürdü - “Dedi yaxşı eləmişəm”













Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxov icraatında olan prosesdə baxış iclası baş tutub.

Prokuror ittiham aktını elan edib. Belə ki, V.Novruzov 2018-ci il mayın 24-də Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlunu bıçalqayaraq öldürüb. V.Novruzov bir müddət əvvəl işdən çıxarılıb və müdiri ona "borzuluq eləmə" deyib. Bunu qəbul etməyərək əvvəl işlədiyi mağazaya gələrək müdirinə ona niyə "borzu" dediyini bildirib. Vüqar Quliyev isə dediyi sözü təkrarlayaraq onun "borzu" olduğunu deyib. V. Novruzov oradaca keçmiş müdirini kürəyindən bıçaqlayaraq öldürüb.

V.Quliyev Sumqayıt şəhərində gül biznesi ilə məşğul olub və “Gül Vüqar” ləqəbi ilə tanınıb. Onun şəhərdə bir neçə gül dükanı olub.

V. Novruzov isə məhkəmədə ifadəsi zamanı bildirib ki, müdirini öldürmək niyyəti olmayıb: "Vüqar müəllimlə münasibətim həmişə yaxşı olub. Sadəcə son günlər alver zəif idi. Bir müştəri gəlmişdi, mənim işim çox olduğu üçün onu yola sala bilmədim. Həmin müştəri də müdirə zəng edib mənim ona hörmətsizlik etdiyimi deyib. Vüqar mənə zəng edib "sən orada borzuluq edirsən" dedi. Mən isə ona əsəbləşdim ki, niyə məsələni aydınlaşdırmadan mənə belə deyir. Ona görüşüb danışmağı təklif etdim, gəlmədi. Axşam təkrar zəng edib danışmaq istədiyimi dedim, Vüqar isə "nə demişəm, yaxşı eləmişəm, mənimlə söhbət edən adamın var-yoxunu belə belə edərəm" dedi. Mən də buna əsəbləşdim".

Murad Əhməd

Oxunub: 807

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər