hadise
30.09.2018, 09:51
Sumqayıtda avtobus "KamAZ"la toqquşdu: 10 yaralı var

Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.
Qəzanın təfərrüatları araşdırılır./report.az


