maraqli
4.10.2018
Bakı bulvarında qeyri-adi hadisə
![]()
Dənizkənarı Milli Parkda qeyri-adi hadisə baş verib.
“Hyundai” markalı avtomobil bordyura çırpılaraq Bakı bulvarının mərkəzinə daxil olub. Bu barədə sosial şəbəkədə Ceyhun Abdulla adlı istifadəçi yazıb.
Onun yazdığına görə, avtomobilin içərisində gənc oğlan və qız olub.
Hadisə oğlanın əyləc əvəzinə qaz pedalını sıxması nəticəsində yaşanıb, xəsarət alan olmayıb.
Bulvarın mühafizəçiləri hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarını çağırıblar./Virtualaz.org



