Azərbaycanda ömürlük məhkumlarla bağlı QANUN DƏYİŞİR











Azərbaycanda ömürlük azadlıqdan məhrum etmə cəzası almış şəxslərlə bağlı qanunvericiliyə dəyişikliklər təklif edilir.

dogruxeber.tv A24.az-a istinadən xəbər verir ki, bununla bağlı Cəzaların icrası Məcəlləsinin 171-ci maddəsinin (Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi) adı və 171.1 və 171.2-ci bəndlərinə dəyişiklik edilir.

Belə ki, Məcəlləsinin 171-ci maddəsinin adı (Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi) dəyişdirilərək Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi adlandırılacaq.

Bundan əlavə, Məcəllənin 171.1-ci bəndinə təklif olunan dəyişikliyə görə isə ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən olunmuş müddət keçdikdən sonra cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və yacəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

Hazırkı qanunvericilikdə isə aşağıdakı kimi qeyd edilib:

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən olunmuş müddət keçdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

Digər dəyişikliyə görə isə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun ərizəsinə əsasən onun cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məhkəmə tərəfindən rədd edildikdə, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərarının qəbul edildiyi gündən ən azı bir il sonra baxıla bilər.

Məcəllənin 171.2-ci bəndinin hazırki variantı isə belədir: Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun ərizəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məhkəmə tərəfindən rədd edildikdə, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərarının qəbul edildiyi gündən ən azı altı ay sonra baxıla bilər.

Məcəlləyə dəyişikliklər Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirə ediləcək.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər