DAHA BIR İCRA BAŞÇISI DƏYİŞDİRİLİR - Adil Vəliyev YOLA SALINIR...





Bir neçə gün əvvəl xəbər yayıldı ki, Sabunçu Rayon İcra Hakimiyyətinin icra başçısı Adil Vəliyevin qoçusu kimi tanınan Həbib adlı əməkdaşı saxlanılıb.

Məlumatda deyilirdi ki, İH əməkdaşı 4 aya yaxındır həbs olunub. Bildirilir ki, Həbib (soyadını öyrənə bilmədik-red.) Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 20 min manat rüşvət alarkən saxlanıb. Onun evindən 280 min manat vəsaitin götürüldüyü də saytımıza verilən məlumatlar arasındadır.

Qeyd edək ki, Həbiv daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli kimi tanınıb. O, Sabunçu rayonu ərazisində tikintiyə nəzarət edən şəxs olub. Haqqında şikayətlər çox olsa da, Həbib tanınmış hüquqşünas Aslan İsmayılovla yaranmış mübahisə zəminində gündəmə gəlib. Xatırladaq ki, bir müddət öncə A.İsmayılov məlumat yayaraq Abbas Quliyev adlı Bakı sakininin Kürdəxanı qəsəbəsində 24 sot torpaq sahəsini hasara alması üçün Sabunçu İH-də Həbib adlı şəxsin vətəndaşdan hər sota görə 3000 manat rüşvət istəməsini bildirmişdi. Həmin proses sonda insidentlə nəticələnmişdi və vətəndaşın xahişi əsasında hüquqşünas məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlamışdı.

Məlumatlara görə, Həbibi rayon ərazisində tikinti fəaliyyəti ilə məşğul olan hər kəs tanıyır: “Bir adam daşı daş üstə onun icazəsi olmadan qoya bilməzdi. Amma necə deyərlər, su çanağı suda sındı və Həbib rüşvət üstündə yaxalandı”.

Diaz.az-a daxil olan son məlumatlardan isə aydın olur ki, əsas adamı həbs olunan Adil Vəliyevin özünün də vəzifədən alınması gündəmə gəlib. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, yaxın vaxtlarda Adil Vəliyevlə bağlı qərar rəsmən elan olunacaq.

Mənbənin söylədikləri: "Bu həftə ərzində dəyişikliyə gediləcək və onun yehinə təyinat da baş tutacaq. Ola bilsin ki, vəzifədən alınmış köhnə başçılardan biri Sabunçuya gətirilsin. Belə bir müzakirələr də gedir".

Qeyd edək ki, mənbəmiz "vəzifədən alınmış köhnə başçılar" dedikdə Beyləqanın və Ağdamın keçmiş icra başçılarına işarə edib. Hansının yenidən təyinat alacağını və ümumiyyətlə, onlardan birinin təyinat alacağını isə zamanla görəcəyik. /dia.az

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər