“MTN çetesi”nin ifşasının 3 ili





Bir daha böyük cinayətlərə imza atmış şəbəkənin başçısını azadlıqda saxlayan sirlər haqda...

Oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılmasının 3-cü ili tamamlanır. Tutduğu vəzifədən çıxarılandan sonra onun yaxın çevrəsində gerçəkləşən həbslər dalğasında keçmiş nazir yaxasını istintaqçılardan kənar tutmağı bacardı.

Bu günə qədər bir neçə dəfə istintaqa cəlb edilsə də, Eldar Mahmudov tam 3 ildir ki, azadlığını qoruyub saxlaya bilib. 2016-cı ili tam olaraq, 2017-ci ilin 10 ayını da Eldar Mahmudov, ümumiyyətlə, istintaqa belə çağırılmamışdı. Həmin müddət ərzində hər kəsdə belə bir fikir formalaşmışdı ki, Eldar Mahmudov istintaqa çağırılmayacaq, dindirilməyəcək. Ötən ilin noyabrında isə Eldar Mahmudovu, köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudovu ilk dəfə istintaqa çağırdılar. Vüqar Mahmudov həbs olundu və “MTN işi”nin növbəti mərhələsi başladı. Zərərçəkənlər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin önünə gedib sabiq nazirin dindirilməsinin yekunlaşmasını gözlədilər, idarədən çıxan Eldar Mahmudovu xoş olmayan sözlərə “qonaq” etdilər. 2017-ci ilin sonuna qədər Eldar Mahmudov 4 dəfə dindirildi.

Həmin ilin iyulunda Səbayel Rayon Məhkəməsində Eldar Mahmudov və MTN Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün Baş Prokurorluğa təqdimat göndərilmişdi. Qərar qətnamə şəklində, keçmiş MTN idarə rəisi Vüsal Ələkbərov barəsində verilən hökm zamanı qəbul edilib. Qətnamədə keçmiş nazir və idarə rəisinə qarşı irəli sürülən ittihamlar məhkəmədə açıqlanmayıb. Həmin qətnamə üzrə bu günə qədər hansı addımlar atıldığı haqda ictimaiyyətə məlumat verilməyib. 2018-ci il isə sabiq nazir üçün bir qədər sakit ötüb. Ara-sıra Eldar Mahmudovun adı əmisi oğlu Vüqar Mahmudovun həbs müddətinin uzadılmasından dolayı gündəmə gəlib. V.Mahmudov 11 aydan artıqdır ki, həbsdədir. Onu ötən il noyabrın 3-də həbs ediblər.

Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, ondan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı ifadə almağa çalışıblar. Vüqar Mahmudov Eldar Mahmudovun “sağ əli” hesab edilirdi. V.Mahmudov Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq banka daşınıb. V.Mahmudovun işi üzrə istintaq davam edir. Belə ehtimallar var ki, sabiq naziri əmisi oğlunun işi üzrə məhkəmədə qandallaya bilərlər. Ümumilikdə isə Eldar Mahmudov “MTN işi”ndən kənar qalmağı hələlik bacarır. Onu ötən 3 il ərzində cəmi 1 dəfə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarovla üzləşdirlər. Üzləşmə mövzusunun Eldar Mahmudovun ölkədən 1 milyard dollar çıxarması ilə bağlı olduğu bildirilirdi. Sabiq nazirə ittihamların hamısının ölkədən pul çıxarmaq, pul mənimsəməklə bağlı olması haqda da təkzib olunmayan məlumatlar var. Oğurlanan, talan edilən rəqəmlər isə milyarddan aşağı deyil. Eldar Mahmudovu da 1 milyard dolları ölkədən çıxardığına görə sorğu-sual ediblər.

Yada salaq ki, hazırda Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev də maliyyə xəyanətinə görə həbsdədir. Onu 15 milyard dolları ölkədən çıxarmaqda ittiham edib qandallamışdılar. Sonradan ittihamların bir qismi təsdiqini tapmasa da, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edildi. Onun həyat yoldaşı Zamirə Hacıyevanın 10 il ərzində Londondakı bahalı mağazalarda 21 milyon dollardan artıq pul xərcləməsindən dolayı da araşdırmalar davam edir.

Hazırda MTN-in 19 yüksək vəzifəli şəxsi həbsdədir, barələrində ittihamedici hökmlər çıxarılıb. Bir neçə MTN əməkdaşı, Eldar Mahmudovun yaxın ətrafına daxil olan şəxslər də axtarışdadır. Bu məhkəmə hökmləri təsdiqləyir ki, Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi 11 il ərzində dövlətin maraqları, necə deyərlər, ayaqlar altına atılıb. Nəhayətdə Eldar Mahmudovdan savayı məsuliyyət daşıyan şəxslər həbs olunub. Bu gün Eldar Mahmudovun azadlıqda qalması həm də əlaltılarının vəziyyətini yaxşılaşdırır. O baxımdan ki, bütün ipucları ona yönəlir, onu isə tutmurlar... (musavat)

Son xəbərlər

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bütün xəbərlər