Malik Həsənovun növbəti seçkidə deputatlıq yolunu kəsən iki sensasion ad – Pərdəarxası












Erkən parlament seçkiləri keçiriləcəyi deyilir. Hətta keçirilməsə belə, məlumata görə, növbəti seçkidən sonra Milli Məclisdə Malik Həsənov adlı deputat olmayacağı bildirilir.

Cahan.info xəbər verir ki, Əmlak Komitəsi sədri Kərəm Həsənovun qardaşı olan M.Həsənovun növbəti mandat şansının tükənməsi iki səbəblə izah edilir: ləğv edilmiş MTN-nin keçmiş rəhbəri Eldar Mahmudovun siyahısından deputat seçilməsi və bu dayağı itirməsi, ikincisi Gəncənin güllələnmiş sabiq başçısı Elmar Vəliyevlə quda olan qardaşı K.Həsənovun mövqeyinin zəifləməsi...

M.Həsənov parlamentin biznesmen deputatlarından biridir. Onun çıxışlarına rast gəlmək mümkün deyil, çünki biznes işləri ucbatından gərgin qrafiki olur və Milli Məclisdə ölkənin gündəmində olan məsələlərdən danışmağa vaxtı yoxdur. Parlamentin isə yenilənməsi, biznesmenlərin növbəti çağırışda sayının azaldılması siyasi qərardır və artıq MM-də daha çox siyasiləşmiş deputatların olacağı ehtimal edilir.

Bununla belə, tam qərar verilməyib və hələ də ümidlidir ki, M.Həsənov komitə sədri olan qardaşının yuxarı eşelonla əlaqələri sayəsində parlamentə düşəcək. Əks halda nə cəlilabadlılar ona səs verəndir, nə də cəmiyyətdə tanınmış bir siyasətçidir.

Onun “Medilan hospital”ı, Bakıda və Cəlilabaddda obyektləri fəaliyyət göstərir. Bir müddət öncə Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) yayılan son araşdırmasında diqqətdən kənarda qalan daha bir fiqurun – Malik Həsənovun da adı keçirdi.

Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış Malik Həsənovun da adı var idi. Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – millət vəkilinə qadağan edilmiş biznesdən…

Cahan.info xəbər verir ki, təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.

Təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər.

Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı. "AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənovun Dubayda da biznesi var.

Çexiyadan Dubaya, Cəlilabaddan Bakıya qədər uzanan biznez imperiyası olan M.Həsənovun növbəti mandat şansı o zaman siyasi situasiyadan və Kərəm Həsənovun vəziyyətindən çox asılı olacaq. Nə anti-Azərbaycan şəbəkəsi, nə Qarabağ problemi ilə bağlı çıxış edir, nə mətbuata müsahibə verir, nə vətəndaşları narahat edən məsələlərdən danışır, nə seçiciləri qəbul edir.

Onu da deyək ki, hazırkı parlamentarilər arasında bu 3 il ərzində əhalini qıcıqlandıran, əsəblərini tarıma çəkən çıxışlar edənlər oldu, biznesi olan milyonçu mandat sahibləri kreslo zəbt etməklə hakimiyyətin daxili və xarici siyasətində müdafiə işində iştirak etmədilər, Orduxan və digər xaricdə olan şəxslərin kampaniyaların əksər deputatların lazımi cavab verə, iqtidarı müdafiə edə bilmədilər, çoxunun başı şəxsi biznesinə qarışdı.

Onlardan biri də Malik Həsənov idi. Ona görə də növbəti seçkidən sonra biz daha siyasiləşmiş, aktiv deputatlardan formalaşan Milli Məclis görə bilərik. Eyni zamanda hakimiyyətə loyal münasibəti ilə seçilən və müəyyən qədər çəkisi olan siyasətçilərin, müxalifətçilərin parlamentə buraxılması perspektivi var.

Hörmətli deputatın mövqeyini dərc edə bilərik.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər