Dubaya qadın aparmış və 9 il axtarışda olmuş Amaninin - Şok əməlləri












Azərbaycanda 9 il insan alveri ittihamı ilə axtarışda olan və bu il həbs edilən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Amani Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxışı oktyabrın 30-na təyin edilib.

İttihama görə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində insan alverçisi olaraq beynəlxalq axtarışda olan Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Amani Əhmədova bu ilin aprelin 30-da həbs edilib.

Məlumata görə, Amani Əhmədova 2007-2009-cu illər ərzində Azərbaycan vətəndaşı olan qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb, orada onların cinsi istismara məruz qoyub.

Dubaydan geri qayıdan zərərçəkmiş qadınlar İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində dindiriliblər. Onlar Amani Əhmədova tərəfindən aldadılaraq Dubaya aparıldıqlarını, orada cinsi təcavüzə məruz qaldıqlarını qeyd ediblər.

Bu səbəbdən Amani Əhmədovanın barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham irəli sürülüb, 2009-cu ildə axtarış elan edilib.

Həmin vaxtdan Amani Əhmədovanın barəsində həbs qətimkan tədbiri seçilib, İnterpol kanalları ilə beynəlxalq axtarışa verilmişdi.

İstintaq orqanı tərəfindən Amani Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib./Teleqraf.com

Son xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Bütün xəbərlər