“Bakı Gəmiqayırma Zavodu” ilə bağlı qalmaqallı fotonun müəllifi məmur oğludur - İddia






Son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə “Bakı Gəmiqayırma Zavodu” ilə bağlı foto yayılıb.

Zavodun yaydığı məlumatda deyilir ki, zavodun əməkdaşları tərəfindən zavodun adı qeyd edilən lövhədə bəzi hərflərin təmir məqsədilə çıxarılan zaman çəkilmiş fotoşəkil belə böyük bir rezonansa səbəb olub. Açıqlamada qeyd olunur ki, 22 oktyabr saat 11:00 radələrində BGZ- nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilib və bu barədə zavodun aidiyyatı şöbəsinə məlumat verilib.
“Bakı Gəmiqayırma Zavodu” ilə bağlı qalmaqallı fotonun müəllifi məmur oğludur - İddia







Əməkdaşlar tərəfindən qeyd edilən lövhəyə baxış zamanı bu öz təsdiqini tapıb və hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib. BGZ- də hal hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək saat 16:13 radələrində bu lövhəni görüb və onun fotoşəklini çəkərək digərləri ilə paylaşıblar. BGZ- nin daxili qaydalarına uyğun olaraq zavod ərazisində foto və video çəkilişləri xüsusi icazə olmadan aparıla bilməz və qəti şəkildə qadağandır. Bu birmənalı olaraq hər kəsə bildirilməklə yanaşı ərazidə xüsusi qadağa nişanları ilə də göstərilib. Yuxarıda adları qeyd edilən şəxslər BGZ- nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib.

Açıqlamada adı çəkilən şəxslərdən biri barədə maraqlı məlumat əldə etmişik. Musavat.com-a verilən məlumata görə, Hikmət Məmmədov Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədovun oğludur. Məmmədov Şahlar Əyyub oğlu 2006-cı ildən Dövlət Dəniz Administrasiyasının rəis müavini vəzifəsinə təyin edilib. Administrasiya Dövlət Dəniz Agentliyinə çevrildikdən sonra isə direktor müavini kimi fəaliyyətini davam etdirir. O, beş gün əvvəl Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Oxunub: 1 072

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər