Qadın alverinə görə həbs edilən Təranə Səmədova kimdir?
![]()
Xəbər verdiyimiz kimi bu gün insan alverində təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
dogruxeber.tv Faktor.az istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
T. Səmədova artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.
İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.
O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
Xatırladaq ki, Təranə Səmədova bir zamanlar müğənni Kərim ilə ailəli idi. Onlar münaqişəli şəkildə ayrılmışdı. Hazırda Təranənin bir qız övladı var.
Qeyd edək ki, xanım prodüsser tez-tez qalmaqallarla gündəmə gəlirdi.


