Fiziki şəxslərin gəlir vergisinə güzəşt – Ölkədə yenilik













Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 2019-cu ildə Vergilər Məcəlləsində gözlənilən mühüm dəyişikliklər barədə məlumat verib.

Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib ki, təklif olunan paket dəyişikliklər bir neçə mühüm istiqaməti müəyyən edib: “Bu da vergidən yayınmanın, kölgə iqtisadiyaytının miqyasının azaldılması sahibkarlığın inkişafının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsidir. Belə ki, 2016- cı ildə muzdlu işlə əlaqədar onların uçota və qeydiyyata alınması ilə bağlı ölkə prezidenti tərəfindən mühüm sərəncam imzalanmışdı. Burada 30-40-a qədər istiqamət müəyyənləşmişdi. Həmin tədbirlərin planının əsas istiqamətlərindən biri olan kölgə iqtisadiyyatı olaraq onların uçota alınması üzərində işlənilməyə başlandı. Heç kimə sirr deyil ki, əmək müqavilərinin bağlanmaması, əməkhaqqının göstərilməməsi mühüm faktdır.

Bu kölgə iqtisadiyyataının genişlənməsinə ən çox şərait yaradır. Qeyd edim ki, bir qrup vergiödöyiclərinin 65 faizi sadələşdirilmiş vergi ödəyiciləridir. Burada baş verən qanunsuzluqlar nəticə etibarilə bu sahəyə bu güzəştlərin edilməsi məsələsini önə çəkdi. Təklif olunur ki, bu sahəyə 7 il müddətinə güzəşt edilsin.

Digər sahələri, yəni, neft sektorunu olduğu kimi saxlayırıq. Yəni, mövcud status kvoda saxlanılır.

Əgər biz bu günə kimi 200 manatdan 173 manat çıxıb fərqini vergiyə cəlb edirdiksə, bu dəfə 200 manatın 26 faizi vergiyə cəlb ediləcək”.

Qeyd edək ki, Vergilər Məcəlləsinə dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır. Burada aylıq əməkhaqqı 8 000 manatadək olan vətəndaşlarımızda gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir.

Əmək haqqı ilə bağlı iki ödəniş növü – fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin vahid olması təklif edilir.

Mövcud qanunvericiliyə görə, 173 manata qədər olan əməkhaqqlarında fiziki şəxslərin gəlir vergisi 0%, 2 500 manata qədər olan əməkhaqqıya görə fiziki şəxslər üçün 14%, 2 500 manatdan yuxarı olanlar üçün 25% gəlir vergisi nəzərdə tutulur.

Hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var. Yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm 2 500 manatdan 8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir. Aylıq əməkhaqqı 8 000 manatdan yuxarı məbləğ isə 25%-dən 14%-ə endirilir.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər