“MedEra Hospital”ın direktoru: “Yalandır, heç bir manat da cərimə olunmamışıq”













“MedEra Hospital MMC”-nin rəhbərliyi dünən bəzi KİV-lərdə tibb ocağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Həmin xəbərdə iddia olunurdu ki, Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların nəticəsində Hospital bir milyon məbləğində cərimələnib. “MedEra Hospital MMC”nin direktoru İbrəhim Əliyev Azinforum.az İnformasiya Portalına açıqlamasında səslənən iddiaların kökündən yalnış olduğunu bildirib:

“Çox təəssüf edirik ki, bəzi KİV-lər bizim barəmizdə həqiqətdən uzaq olan məlumatlar yayır. Biz hüquqi dövlətdə yaşayırıq və bütün fəaliyyətimiz qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir. Bu baxımdan da, səlahiyyətli qurumların klinikamızda yoxlama aparmasına təbii yanaşırıq. Hesab edirəm ki, qanunvericiliyin tələblərinə uyğun şəkildə işini quran heç bir qurum belə yoxlamalrdan çəkinməməlidir. İddia olunur ki, güya biz işçilərimizlə əmək müqaviləsi bağlamadığımız səbəbindən bir milyon məbləğində cərimə edilmişik. Hazırda bizim Hospitalda 210 işçi fəaliyyət göstərir. Onların da hamısı ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə əmək müqavilələri bağlanıb. Biz kifayət qədər məsuliyyətli işlə məşğul oluruq. İnsanlar öz sağlamlıqlarını bizə etibar edirsə, onların taleyini əməkdaşımız olmayan şəxslərə necə tapşıra bilərik? Bundan əlavə, görəsən, həmin cərimə məbləğini yazanlar heç düşünürlərmi ki, orta səviyyəli bir Hospitalın vergiyə görə bir milyon manat cərimələnməsi hansı məntiqə uyğundur? Axı bizim milyardlarla dövriyyəmiz yoxdur ki, cərimələrimizin də həcmi milyonlarla ölçülsün”.

Hospital direktorunun sözlərinə görə, hazırda Vergilər Nazirliyi tərəfindən “MedEra”da yoxlama aparılır: “Bu, hər il baş verən qanunauyğun bir prosesdi. Əgər yoxlama hələ yekunlaşmayıbsa, biz necə cərimə edilə bilərik? Bir manat da olsun cərimə olunmamışıq. Bir daha xatırladıram ki, yayılan məlumatların heç bir əsası yoxdur. Hospitalımız normal ahəngdə öz işini davam etdirir”.

Çinarə SEYİDOVA,

Azinforum.az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər