Cəmil Həsənli: “Əli Kərimli ya azadlığa buraxılmalı, ya cərimə, ya da həbs olunmalıdır”













Ötən gün polis şöbəsindən sərbəst buraxılmış Milli Şuranın sədri Cəmil Həsənli bu gün Bakıda müxalifət fəalları və jurnalistlərlə keçirdiyi görüşdə bildirib ki, hazırda həbs altında saxlanılan AXCP sədri Əli Kərimli öz vəkili ilə görüşəcəyi gözlənilir.

Onun sözlərinə görə, Əli Kərimli (və dünən saxlanılmış digər AXCP fəallar) İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2 maddələrilə (ictimai yerlərdə aksiyaların təşkili və keçirilməsi qaydalarının pozulması) ittiham olunurlar.

Milli Şuranın sədrinin sözlərinə görə, Əli Kərimlinin bu gün, noyabrın 18-də işinə məhkəmədə baxılacağı gözlənilir.

“Məlum olan mümkün yollar budur: Əli Kərimli ya azad buraxılmalı, ya cərimə olunmalı və ya inzibati qaydada həbs olunmalıdır”, – Cəmil Həsənli görüşdə bildirib.

Onun təbirincə, görə, qeyd edilmiş maddələrə əsasən, məhkəmə Əli Kərimlinin həbs olunacağı barədə qərar çıxaracaqsa, həmin həbs müddəti 60 gündən çox ola bilməz.

Cəmil Həsənli qeyd edib ki, Əli Kərimlinin həbs olunacağı barədə məhkəmə qərarı çıxarılacaqsa, Milli Şura və AXCP onun müdafiəsini təşkil edəcək: “Biz Milli Şura olaraq Əli Kərimlinin müdafiəsini üzərimizə götürürük. Bunun üçün qanun çərçivəsində mümkün olan bütün siyasi, ictimai və hüquq imkanlarından istifadə edəcəyik”. (Azadlıq radiosu)

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər