Natiq Məmmədov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin oluna bilər













Bu ilin aprelindən baş nazir təyin edilən Novruz Məmmədov Nazirlər Kabinetində kadr islahatlarını davam etdirir. İki gün əvvəl Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ağa-Bala Hacıyev 1991-1994-cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilib. 2003-cü ilin sentyabrından Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

Yada salaq ki, bundan əvvəl baş nazirin sərəncamı ilə Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirildi. Kənd təsərrüfatı məsələləri şöbəsi, ekologiya məsələləri şöbəsi və regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradıldı.

Neft və kimya məsələləri şöbəsi sənaye və energetika məsələləri şöbəsinə, beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə, qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi isə humanitar və sosial məsələlər şöbəsinə birləşdirildi. Pensiya yaşlarına çatmaları ilə əlaqədar bir neçə vəzifəli şəxs bu struktur islahatlarından sonra işdən azad olundular.

Baş nazirin ötən ay daha bir təyinatı da diqqət çəkib. Belə ki, Nazirlər Kabinetinin işdən çıxarılan Aparat rəhbəri Ağa-Bala Hacıyevə yeni müavin təyin edilib. Bu, Mərkəzi Seçki Komissiyasının sabiq sədr müavini Natiq Məmmədovdur.

Mia .az xəbər verir ki, "Yeni Müsavat” qəzetinin məlumatına görə, Natiq Məmmədovun MSK sədrinin müavini kimi yüksək bir postu tərk edərək Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini vəzifəsinə getməsi heç də birmənalı qarşılanmamışdı.

"Hələ o zaman da belə iddia vardı ki, Nazirlər Kabinetinin Aparat rəhbəri olan 77 yaşlı Ağa-Bala Hacıyev tezliklə təqaüdə çıxacaq və onun yerini N.Məmmədov tutacaq. Bəzi iddialara görə, yaxın günlərdə N.Məmmədov NK Aparat rəhbəri təyin ediləcək”,-qəzet yazıb.

Natiq Məmmədov 1966-cı ildə Naxçıvanda doğulub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1992-1999-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 1999-cu ildə Dövlət Neft Şirkətində Üzən Gəmilərlə Kəşfiyyat və Qazma İdarəsində hüquqşünas, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.

2000-ci ildə Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin hakimi təyin edilib və 2004-cü ilədək bu vəzifədə işləyib.

2004-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edildikdən sonra dəfələrlə komissiyanın katibi, 2010-cu ildə isə sədr müavini seçilib. Qeyd edək ki, Aparat rəhbəri baş nazirdən sonra ikinci səlahiyyətli şəxs statusundadır.

Son xəbərlər

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Bütün xəbərlər