hadise
8.12.2018, 13:47
Evdən 1,5 kiloqram qızıl oğurlandı

Ağcabədidə evdən 1,5 kiloqram qızıl oğurlanıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-də rayonun Avşar kəndi ərazisindəki evlərin birindən 1 kiloqram 500 qramlıq qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Ağa Tağıyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.


