hadise
14.12.2018, 16:29
Emil və Elnur qardaşları saxlanıldı

Bakıda oğurluq edən qardaşlar saxlanılıb.
DİN-dən verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də rayon ərazisindəki evlərin birindən 10.500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunublar - Emil Məlikov və qardaşı Elnur saxlanılıb.


