Bakıya 42 000 saxta avro gətirdilər - SATMAQ İSTƏYƏRKƏN... (FOTO)


















Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqla ölkənin maliyyə sisteminə təhlükə yaratmağa çalışan şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə ölkədə fəaliyyət göstərən banklardan birindən Fərhad və Asəf adlı şəxslərin saxta 17 000 avronu 32 606 manata mübadilə etmələri barədə məlumat daxil olub.

Təqdim edilən 500 avroluq əskinaslardan ibarət pulların saxta olması müəyyən ediləndən sonra həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Asəf Novruzov və Lənkəran şəhər sakini Fərhad Həsənzadə saxlanılıblar.

Baxış zamanı saxlanılan şəxslərin paytaxt ərazisində yerləşən ofislərindən əlavə olaraq saxta 25 000 avro məbləğində pul əskinasları və digər maddi sübutlar aşkar edilərək götürülüb.

İlkin ifadələrində həmin şəxslər saxta əskinasları paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət valyuta mübadilə mərkəzlərində satmaq məqsədi ilə Türkiyə Respublikasından ölkəyə gətirdiklərini bildiriblər. Ekspertizaya təqdim edilən ümumilikdə aşkar edilən 42 000 saxta avro yoxlanılan zaman müəyyən edilib ki, həmin pulların həqiqi əskinaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 204.2-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. F.Həsənzadə və A.Novruzov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bakıya 42 000 saxta avro gətirdilər - SATMAQ İSTƏYƏRKƏN... (FOTO)

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər