hadise
1.01.2019
Sabirabadda 3 otaqlı ev yandı

Sabirabad rayonunda evdə yanğın olub.
FHN-dən verilən məlumata əsasən, ümumi sahəsi 72 m² olan qamışdan ibarət birmərtəbəli 3 otaqlı evin bacasının ətrafı 3 m² sahədə və tavanı 2 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


