72 ildir ki, rayon sakinləri bu evdə kitab oxuyur - FOTOLAR













Hacıqabul şəhərində İsayevlər ailəsinə məxsus şəxsi kitabxanadan istifadə edən oxucuların sayı ilbəil artır.

dogruxeber.tv azərtac-a istinadən xəbər verir ki, Hacıqabulda 50 ildən artıq ədəbiyyat müəllimi işləmiş mərhum Hüseyn İsayev bu kitabxananı 1946-cı ildə şəhərdəki fərdi yaşayış evinin bir hissəsində təşkil edib. 72 ildir ki, rayon sakinləri, ziyalılar, elm adamları, müəllimlər, tələbə və şagirdlər 11 min kitab və əlyazmanın saxlandığı bu kitabxanadan yararlanırlar.

Hüseyn İsayev 1999-cu ildə vəfat etdikdən sonra mərhumun övladları Məhəmməd və Hənifə atalarının bu xeyirxah işini davam etdirirlər.

Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev atası ilə bağlı xatirələri yada salaraq deyib: “Atam ədəbiyyatı çox sevirdi, xüsusilə, klassik ədəbiyyata böyük maraq göstərirdi. Şəxsi kitabxana təşkil etmək də elə onun kitaba, şeirə, sənətə olan sonsuz məhəbbətindən yaranıb”.

Onun sözlərinə görə, atası bütün səfərlərdən qayıdanda evə çoxlu kitab gətirərmiş. Onun kitaba olan böyük marağını bilən dostları, şair və yazıçı tanışları, elm adamları öz kitablarını ona hədiyyə edərmiş.

Kitabxanada XIX əsrin əvvəllərindən bəri Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin şahidi olmuş “Murad xan”, “Kərbəlayi” təxəllüsü ilə yazılan şeirlərin müəllifi, əslən rayonun Nəvahi kəndindən olan satirik şair Mirzə Baxış Nadimin əlyazmasının o vaxtlar əl ilə çıxarılmış surətləri də var.

Burada, həmçinin XIX əsrdə Avropa və çar Rusiyasında işıq üzü görən nadir kitab nüsxələri də saxlanılır.

Dünyanın müxtəlif dillərində, müxtəlif əlifba ilə çap olunmuş kitablar bədii, texniki cəhətlərinə görə də bir-birindən fərqlənirlər.

Ötən illərdə olduğu kimi, bu gün də müxtəlif bölgələrdən və elm müəssisələrindən kitabxanaya müraciət edənlərin sayı çoxdur.

Məhəmməd və Hənifə İsayev qardaşları, ailənin digər üzvləri atadan qalma bu mədəni irsi qoruyub saxlayır və kitabların sayını ilbəil artırırlar.


72 ildir ki, rayon sakinləri bu evdə kitab oxuyur - FOTOLAR



72 ildir ki, rayon sakinləri bu evdə kitab oxuyur - FOTOLAR

72 ildir ki, rayon sakinləri bu evdə kitab oxuyur - FOTOLAR

72 ildir ki, rayon sakinləri bu evdə kitab oxuyur - FOTOLAR


72 ildir ki, rayon sakinləri bu evdə kitab oxuyur - FOTOLAR

Son xəbərlər

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Bütün xəbərlər