Rövşən Rzayev səfirlə görüşdü













Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-opla görüşüb. Dövlət Komitəsinin sədri yeni təyinatı münasibəti ilə səfiri təbrik edib, ölkəmizdəki fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə koreyalı diplomata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyi, silahlı birləşmələrini zəbt olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaq barədə BMT-nin 4 qətnaməsini və digər beynəlxalq təşkilatların qərarlarını hələ də yerinə yetirmədiyi, 1 milyon 200 mindən çox soydaşımızın qaçqınlıq və köçkünlük məhrumiyyəti yaşadığı qeyd edilib.

Bildirilib ki, Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də məqsədyönlü iş aparır. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələr salınır. Eyni zamanda ölkə başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsini diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi qayğı göstərir, onların yeni mənzillərə köçürülməsi üçün zəruri tədbirlər görür.

Dövlət Komitəsinin sədri Koreya Respublikası səfirliyinin, bu ölkənin humanitar təşkilatlarınin Azərbaycanda məcburi köçkünlər üçün həyata keçirdiyi layihələri məmnunluqla xatırlayıb və təşəkkürünü bildirib. Qeyd edilib ki, belə layihələr məcburi köçkünlər üçün təkcə maddi deyil, həm də böyük mənəvi dəstəkdir.

Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Kim Tonq-op səmimi qəbula görə təşəkkürünü bildirib. İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməcəyini qeyd edib. Məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin davam etdiriləcəyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Oxunub: 847

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər