dunya
3.02.2019
Hələbdə çoxmərtəbəli yaşayış binası çökdü: 7 ÖLÜ

Suriyanın Hələb şəhərində yaşayış binası çöküb.
dogruxeber.tv xəbər verir ki, çökən 7 mərtəbəli yaşayış binası daha əvvəl Əsəd rejimi tərəfindən bombardman edilmişdi.
Məlumata görə, hadisə nəticəsində 7 nəfər həlak olub, xeyli sayda insan yaralanıb. Çökən binanın qalıqları altında 2-si uşaq olmaqla, bir ailənin 5 üzvü dünyasını dəyişib.
Ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.


