Nazir müavini: "Startapların inkişaf etdirilməsinə böyük diqqət ayırılır"




















Bu gün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Vergilər Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan hökuməti ölkədə sahibkarlığın, o cümlədən startapların inkişaf etdirilməsinə böyük diqqət ayıraraq, onlar üçün münbit ekosistem yaradıb. Bura texnoparklardakı fəaliyyətdən tutmuş zəruri maliyyə dəstəyi, vergi və gömrük güzəştləri də daxildir. Nazir müavini əlavə edib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən bu gün innovativ sahibkarlıq fəaliyyətinin inkişafı üçün kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov qeyd edib ki, 4-cü sənaye inqilabı dövrü innovativ sahibkarlığın inkişafını tələb edir. Bugünkü tədbir innovativ sahibkarlığın ölkədə inkişafı ilə bağlı görülən işlərə, xüsusilə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərə həsr olunub. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən startaplar və İKT şirkətləri qeyri-neft sektorunun innovativ inkişafına töhfə verə biləcək sahibkarlıq subyektləridirlər. Hazırkı dəyişikliklər İKT sahəsində sahibkarlığın stimullaşdırılması və inkişafına dəstək olacaqdır.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyəti sədrinin müavini Elçin İbrahimov çıxış edərək bildirib ki, agentliyin fəaliyyətinin məqsədi mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iştirak etmək, sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirərək, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirməkdir.
Vergilər Nazirliyinin Aparatının rəhbəri Nazim Səmədov Vergi Məcəlləsindəki dəyişikliklərin mikro və kiçik sahibkarlara, o cümlədən startaplara yaradacağı üstünlüklər barədə ətraflı məlumat verib.
Tədbirdə Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətlərinə və startaplara ətraflı məlumat verilib, mikro və kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri və İKT sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran digər məsələlər haqqında müzakirə aparılıb.
Tədbirdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 20 dekabr 2018-ci ildə imzalanmış müvafiq Fərman ətraflı şərh olunub. Startaplar üçün nəzərdə tutulan vergi güzəştləri və bu güzəştlərin tətbiqi mexanizmləri barədə geniş fikir mübadiləsi olub.

Son xəbərlər

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Bütün xəbərlər