"Söz verilməmişdi, mikrafonu özümə tərəf çəkib danışdım" - Afaq Bəşirqızı



















Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Görüşdə xalq artisti Afaq Bəşirqızı prezidentdən aktyorların maaşının qaldırılmasını təklif edib: "canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim Sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var."

A.Bəşirqızının aktyorların maaşı ilə bağlı təklifi sosial şəbəkələrdə, həmkarları tərəfindən çox müsbət qarşılanıb və ciddi müzakirələrə səbəb olub.

Afaq Bəşirqızı Prezident və xanımı ilə keçirilən görüşdən danışıb.

"Vallah mənə söz verilməmişdi. Çıxışlarda şəxsi ambisiyalar çox idi. Ona görə, mikrafonu özümə tərəf çəkib danışdım. Ölkə başçısı və onun ailəsini çox sevirəm. Bilirəm ki, onların işləri çoxdur. Onu da bilirəm ki, onlara çox şeylər düzgün çatırılmır. Ona görə, mikrafonu özümə tərəf çəkib, ürəkdən gələn sözlərimi cənab prezidentə və xanımına çatdırdım. Başa düşürsüz? Aktyorların sosial durumu hər zaman məni düşündürüb. Axı, Afaq Bəşirqızı tək deyil? Mən hər zaman demişəm, iki-üç nəfərə göstərilən qayğı ümumi teyatıra göstərilən qayğı demək deyil. Çünki bir günlə bahar olmaz. Aktyor tək səhnədə heçnə edə bilməz. Aktyorun ətrafı olmalıdır. Hazırda aktyorlarımız çox pis vəziyətdədir".

Afaq Bəşirqızı deyib ki, dünən axşam aktyorların maaşı ilə bağlı Mədəniyyət Nazirliyindən ona məlumat verildiyini də deyilib: "Mənə dünən axşam nazirlikdən zəng gəldi. Bildirildi ki, aktyorların maaşı 50 faizə qədər qaldırılması nəzərdə tutulur. Bu çox böyük dəstəkdir. Ölkə başçısının aktyorlarımıza, sənət adamlarımıza çox böyük dəstəyidir".

Xalq artisti həmçinin əlavə edib ki, təkcə aktyorların deyil, bu sahədə çalışan texniki heyətin də maaşları qalxacaq: "Düzdür maaşlar fərqli artır. Amma, ən azı 100-150 manat maaşlar artacaq. Mən yenə də deyirəm. Bütün məmurları başa düşürük. Müharibə şəraitində 5-10 nəfər incəsənət xadimini qorumaq mümkündür. Mən çıxışımda hamını qorumağı təklif elədim. Artıq o, imkansızlara da əl tutmağın vaxtı çatıbdır. Bəziləri orda təklif elədi ki, lazım deyil burada nəisə xahiş etmək, gəlin ancaq tərifləyək. Bu olmaz".

A.Bəşirqızı xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın sözügedən tədbirdə "yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" fikirlərini də şərh edib: "O dediyi sözün fərqinə varmadı. Yəni dedi ki, bu qədər işlər görülür. Vətən gözəlləşir. Zeynəb xanım dedi ki, ancaq tərifləyin. Amma, biz ancaq çox sağ ol deməklə öz təkliflərimizi bitmiş hesab etməməliyik. Hamı bilir ki, cənab prezident Azərbaycanın inkişafı üçün çox işlər görür. Amma, bu inkişafla yanaşı, təkliflərimizi də verməli, mövcud olan problemləri deməliyik".

Oxunub: 1 497

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər