GORANBOYDA ŞƏHİD POLİS ƏMƏKDAŞLARININ AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
















Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan dogruxeber.tv-a verilən məlumata görə, görüşün əvvəlində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşü giriş sözü ilə açan Goranboy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov bildirib ki, bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, elə tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bucür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgisi olduğu üçün şəhadət mərtəbəsinə ucalırlar. “Goranboy RPŞ-nin 16 əməkdaşı da bu müqəddəs zirvəyə ucalıb ki, onlardan biri-Ənvər Fərəcov- ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bu gün də həmin 16 igidimiz həmkərları tərəfindən fəxarətlə yad edilir, onları özlərinə nümunə götürürlər”.

Daha sonra polis polkovniki dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. O, qeyd edib ki, 28 yanvar 2019-cu il tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının bariz nümunəsidir.

Sonra söz şəhid ailələrinin nümayəndələrinə verilib. Şəhid qardaşları Mahir Aslanov, Murad Həsənov və başqaları çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısına minnətdarlıq ediblər.

Tədbirin sonunda Goranboy RPŞ tərəfindən şəhid ailələrinin üzvlərinə humanitar yardım göstərilib.
GORANBOYDA ŞƏHİD POLİS ƏMƏKDAŞLARININ AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİBGORANBOYDA ŞƏHİD POLİS ƏMƏKDAŞLARININ AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİBGORANBOYDA ŞƏHİD POLİS ƏMƏKDAŞLARININ AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Oxunub: 1 011

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər