hadise
19.03.2019, 09:37
Müşviqabadda taksi sürücüsü sərnişini bıçaqladı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
dogruxeber.tv ONA-ya istinadən xəbər verir ki, hadisə Müşviqabad qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Ağayev Rəşid Fərman oğlu sərnişini olduğu taksidə sürücü ilə mübahisə edib.
Nəticədə o taksi sürücüsü tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı polis əməkdaşları araşdırma aparır.


