hadise
26.03.2019
Yanğının söndürülməsinə helikopter də cəlb olundu - FHN (FOTOLAR)

Bakıda ticarət mərkəzində baş vermiş güclü yanğının söndürülməsinə helikopter də cəlb olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin helikopteri cəlb olunub.




