gundem
27.03.2019, 17:18
"Diqlas"dakı yanğınla bağlı cinayət işi açıldı

Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.
Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.


