hadise
27.03.2019, 14:17
Nazir müavini təcili əməliyyat olundu

İqtisadiyyat nazirinin müavini Şirzad Əyyub oğlu Abdullayev səhhətində problem yaranıb. məlumata görə, nazir müavini başında yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub. Ş.Abdullayev səhhətində yaranan problemlə əlaqədar hazırda müalicə olunur və işə çıxmır.
Xatırladaq ki, Ş.Abdullayev 2008-2018-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində işləyib. Prezidentin 2018-ci il 31 may tarixli 163 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.Unikal.org


