gundem
27.03.2019
Prezident "Azərnəşr"in direktoruna orden verdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı direktoru Azər Abdulla oğlu Mustafazadəni əmək ordeni ilə təltif edib ölkə başçısı bununla bağlı sərəncam imzalayıb və sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.
10 aprel 2014-cü ildə Azərbaycanda nəşriyyat işi sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.


