DİN həkim axtarır













Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə – profilaktika müəssisələrində vakant olan həkim-narkoloq, həkim-uroloq, həkim- onkoloq, həkim-travmatoloq, həkim-cərrah, həkim-neyrocərrah və həkim-epidemioloq vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsindən verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il mart ayının 27-dən aprel ayının 27-dək http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin medical@mia.gov.azelektron ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

* şəxsiyyət vəsiqəsi;

* ali təhsil haqqında diplom;

* hərbi bilet (kişilər üçün);

* əmək kitabçasının surəti.

Əlavə məlumat almaq üçün əlaqə telefonu: (012) 590-20-59.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər