“Mən Bakını qorumaq üçün mitinqə qoşulacağam” – Çingiz Abdullayev











Xalq yazıçısı Çingiz Abdullayev İçərişəhərdə divarın uçurulmasına və restoran tikintisinə qarşı çıxıb.

O, özünün “Facebook” səhifəsində doğma şəhərinin qorunması naminə mitinqə birinci çıxacağını bildirib. “İçərişəhər bizim şəhərimizin, xalqımızın simvollarından biridir. Yaddaş, ənənə, keçmiş və indimiz, tarix, əfsanəmizdir. Bu, bizim irsimizdir. Hər yerdə qala divarının dağıdılmasının fotoşəkilləri var. Restoran barədə danışırlar. Hələ heç nə aydınlaşmamış vaxtından əvvəl qərar vermək istəmirəm.

Lakin dəqiq bilirəm ki, bütün bunlar yolverilməzdir və çox yanlışdır. Əgər lap bərpa işləri də gedirsə, orada heç restoran olmayacaqsa belə (lakin deyirlər ki, yenə olacaq). Axı insanları belə dəlilik səviyyəsinə çatdırmamaq mümkündür. Mətbuat katibləri, yaxud məlumat xidmətləri vasitəsilə insanlara nəyin baş verdiyini izah etmək olar. Kimsə mənə izahat versin ki, nəyə görə mütəmadi olaraq insanları alçaldıb, onların fikirləri və istəkləri ilə hesablaşmırlar. Nə qədər olar?” – Çingiz Abdullayev yazır.

“Bir daha dəqiqləşdirim – bu qeyd dağıdılmış divar haqqında deyil. Bu qeyd bu şəhərdə yaşayan insanlara dərin hörmətsizlik haqqındadır. Bu, Mənim şəhərimdir. Pirşağıdakı qəbiristanlıqda mənim 40-a yaxın ən əziz qohumum dəfn olunub. Bakıda valideynlərim dəfn edilib, burada uşaqlarım anadan olub.

Bu, bütün dünyada ən çox sevdiyim şəhərdir. Və əgər sabah bu şəhərin qorunması naminə mitinq olacaqsa, mən birinci olaraq onun müdafiəsinə qalxacağam. Bu şəhərdə bizim hazırkı Prezidentimiz anadan olub. Bu, onun da şəhəridir. Bu şəhərdə bizim Birinci vitse-prezidentimiz də dünyaya gəlib. Bu, onun da şəhəridir. Bu, bizim şəhərimizdir! Biz də müdafiə etməsək, onu kim müdafiə edəcək?” – Çingiz Abdullayev bildirib./Virtualaz.org/[center][/center]

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər