gundem
9.05.2019
İranın qarşısını kəsmək üçün müqaviləni qorumalıyıq - Maas

İranın nüvə silahına sahib olmasını əngəlləmək üçün nüvə müqaviləsini davam etdirmək istəyirik.
dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər naziri Hayko Maas bildirib.
İranın bəyanatını böyük narahatlıqla qarşıladıqlarını deyən Maas qeyd edib:
"Bizim mövqeyimiz aydındır. Biz bu müqaviləni xüsusilə İranın nüvə silahına sahib olmasını əngəlləmək üçün qorumaq istəyirik. İranın ötən gün atdığı addıma razılıq vermirik".
Qeyd edək ki, İran ötən gün nüvə razılaşmasının bir hissəsindən çıxdığını açıqlayıb.


