Vaşinqton əlavə bombardmançılar və “Petriot”lar göndərir, müharibə riski artır





Vaşinqton İrandan qaynaqlanan mümkün hərbi təhdidə qarşı Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir. Virtualaz.org xəbər verir ki, bu haqda “Associated Press” ötən gün mayın 8-də məlumat yayıb.

ABŞ rəsmi dairələrindəki mənbələr deyiblər ki, regiona bombardmançıların əlavə qruplaşması, habelə ola bilsin “Petriot” zenit-raket kompleksləri göndəriləcək. Lakin “Petriot”lara dair yekun qərar hələ qəbul olunmayıb. Agentliyin məlumatına görə bu qərar İranın təhdidi azaltmaq üçün addım atıb-atmayacağından asılıdır.

Xatırladaq ki, bundan əvvəl Pentaqon İranın, yaxud ona bağlı qüvvələrin Yaxın Şərqdəki Amerika bazalarına hücum etmək planları haqda xəbər tutduğunu açıqlayıb. Bununla bağlı mayın 5-də ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton regiona “Avraam Lincoln” təyyarədaşıyan gəmisinin və bombardmançıların operativ qruplaşmasının yola salındığını açıqlayıb. Bolton xəbərdar edib ki, İran və onun əlaltıları Amerikanın, yaxud müttəfiqlərinin maraqlarına hücuma cəhd etsə ABŞ-ın buna cavabı çox amansız olacaq.
Vaşinqton əlavə bombardmançılar və “Petriot”lar göndərir, müharibə riski artır









Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ Yaxın Şərq regionuna F-35 qırıcılarını da göndərmişdi.

İranın İnqilab Keşikçiləri Korpusunun komandanı, general Hüseyn Salami isə bildirib ki, onun ölkəsi ilə ABŞ arasında qarşıdurma ən yüksək həddə gəlib çatıb. “İranın düşmənləri bütün imkanlarını tükədiblər və artıq yeni variantları qalmayıb. Yeni müharibədə ABŞ İrana iqtisadi, mədəni və sosial sferalarda zərbələr endirir, geriyə ancaq klassik müharibə təhdidləri qalır”-o bildirib.

General deyib ki, İnqilab Keşikçiləri müttəfiqlərin dəstəyi ilə regiondakı istənilən düşmənin öhdəsindən gələ bilər.

ABŞ-la yanaşı İsrail də İranla müharibə təhlükəsi barədə danışır. İranın nüvə sövdələşməsi üzrə öhdəliklərini məhdudlaşdırıb uranı zənginləşdirməyə başlayacağını elan etməsindən sonra baş nazir Benyamin Netanyahu bəyan edib ki, İsrail Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Və bunun üçün istənilən addımı atmağa hazırdır.

Son xəbərlər

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Bütün xəbərlər