AĞSUDA PREZİDENTİN ƏKSİNƏ GEDƏN MÜDİR KİMDİR?-VİDEO/FOTO











AZƏRBAYCAN AVTOMOBİL YOLLARI AGENTLİYİNİN RƏHBƏRİ SALEH MƏMMƏDOVUN DİQQƏTİNƏ

Ölkəmizdə insanların sosial rifah halının yaxşılaşdırılması və maddii vəziyyətinin yüksəldilməsi istiqamətində görülən işlər, aparılan islahatlar son vaxtlar öz müsbət bəhrəsini verməkdədir. Müharibə şəraitində yaşayan, erməni işğalçılarının ayaqları altında qalan torpaqlarımızın ağrı- acısını çəkən, belə həssas vaxtlarda hər bir əziyyətə dözən insanların sifətində indi-indi xoş təbəssüm görünməkdədir.

Onlar son zamanlar ölkədə aparılan geniş miqyaslı tədbirləri böyük razılıqla qarşılayır və ölkə başçısının ətrafında sıx birləşirlər. Bəs belə bir zamanda, cənab Prezidentin xalq təsərrüfatının müxtəlif sahələrində möhtəşəm işlər gördüyü bir vaxtda Ağsu rayonunda nələr baş verir? Dövlət başçısının sərəncam və göstərişlərinə məhəl qoymayan, onun gördüyü işlərin və fikirlərin əksinə gedən, insanları incidən, aldadan, işdən çıxaran, süründürən, qapılara salmağa məcbur edən idarə müdiri kimdir? O, kimə güvənir, kimə arxalanır? Kimin hörmətindən, dəstəyindən sui-istifadə edir ki, yol idarəsində at oynadır, işçilərin başına oyun açır? Bəli, bəli, yol idarəsində. Azərbaycan Avtomobl Yolları Agentliyinin Ağsu rayon yol idarəsində.Bu, idarənin müdiri cənab Aqil Niftəliyevdir. dogruxeber.tv bildirir ki, biz ounla əlaqə saxlamaq, şikayətçilərin dərdini- sərini söyləmək, deyilənlərə aydınlıq gətirmək, araşdırmaq üçün neçə dəfə “…-...-01-01” tel… zəng etsək, səy göstərsək də təəssüf ki, zənglərimizə cavab verən olmadı. Çox təəssüf!..

Soruşacaqdıq ki, cənab Aqil Niftəliyev , yəni doğrudanmı Sizin Cənab Prezidentdən də yüksəkdə duran elə bir güvənli, nüfuzlu və hörmətli bir adamınız var ki, bütün dəyərlərin üstündən xət çəkib tabeçiliyinizdə olan insanları - sürücüləri bu qədər amansızcasına incidir, haqqını, hüquqlrını pozursunuz? Deyirlər Ağsu Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Ənvər Seydəliyevlə yaxın dostluq edib ona çox güvənirsiniz. Nə olar, lap yaxşı. Onu da deyirlər ki, Ənvər müəllim pis adam deyil. Yaqin onun Sizin əməllərinizdən xəbəri yoxdur? Yoxsa inanmırıq ki, işçilərini incidən, haqqını yeyən, heç bir qayda- qanuna məhəl qoymayan, işlədiyi dövlət idarəsinə öz şəxsi malı, mülki kimi baxan ondan istədiyi kimi istifadə edən, əyriliyə, oğurluğa və.s. və i.a. mənfi və neqativ hallara yol verən bir insanla dostluq münsibətində olsun.

Yoxsa soruşacaqsınız ki, nə baş verib? Amma yox, bunu biz Sizdən soruşmalıyıq. Yəqın ki, Hikmət Əvəz oğlu Mirzəyev və Zaur Fuad oğlu Həsənovu yaxşı tanıyırsınız? Biri 32 il, o biri isə 8 ildir ki, Ağsu rayon avtomobil yolları idarəsində sürücü işləyirlər.Siz isə cəmi 5 ildir gəlmisiniz.Gəldiyiniz ilk gündən idarədə hansi " qayda- qanunlar" yaratdığınızı, işçilərin, xüsusilə adlarını çəkdiyimiz vətəndaşların başına nə oyunlar açdığınızı özünüz yaxşı bilirsiniz. İndi biz də bilirik. Çox şeyləri bilirik. Amma hələ açıb- ağartmırıq.

Çünki məqsədimiz kimisə, nəyisə tənqid etmək deyil, bir jurnalist kimi haqqı pozulmuş insanların hüquqlarını müdafiə etmək, işi yoluna qoymaqdır. Onlar çox yerlərə gedib, çox yerlərə yazıblar. Cocuq Mərcanlıda Azərbaycan Avtomobil Yolları Agentliyinin rəhbəri Saleh Məmmədovu qəbulunda olub dərdlərini deyiblər. O, da çox mehriban qarşılayıb. işlərini həll edəcəyinə söz verib, bakıya dəvət edib. Amma sonra özü qəbul etməyib.

Deyirlər Siz mane olmusunuz. Və onu da deyirlər ki, Sizin əliniz çox uzundur. Hətta o qədər uzundur ki, Ağsuda otura-otura Bakıya əliniz çatır. Nə olar, lap yaxşı. Allah həmişə köməyiniz olsun.Amma Sizdən asılı olan insanların çörəyini kəsməyin, pulunu yeməyin. Bu, Allaha da ağır gedər, Cənab Prezidentimizə də. O, insanlarımıza yeni-yeni iş yerləri açır, qayğılarına qalır. Amma Siz? Siz isə onun əksinə gedirsiniz. Didərgin salıb qapı-qapı düşməyə məcbur etdiyiniz, yaman günlərə qoyduğunuz insanların haqqını, işini özünə qaytarın. Əgər nə etdiyinizi daha ətraflı bilmək istəyirzinizsə, onda şikayətçilərin dediklərini lentə aldığımız videoya diqqətlə baxın. Biz bu mğvzuya bir də qayıdacağıq.
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq:
dogruxeber.tv

AĞSUDA PREZİDENTİN ƏKSİNƏ GEDƏN MÜDİR KİMDİR?-VİDEO/FOTO

Oxunub: 1 121

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər